qidalanma pozuntusu
qidalanma pozuntusu
Əgər çox kiçik yaşlarınızdan bədəninizlə bağlı fikirlər yürüdülmüşsə və sizin balaca bədəniniz onlar üçün çox böyük görünmüşsə, fiziki kilonuz azalsın və ya çoxalsın, siz, sizin üstünüzə yüklənmiş ağırlığın altında həyatda qalmağa çalışırsınız. Xatırlayıram, oturulan masalarda yediklərim və ya yeməyi çox istədiyim hər şey mənim üçün hər zaman “çox” idi. “Ya çox şəkər qəbul edərdim, ya da çox çörək.”
Bunlar sənin sağlığın üçün faydalı deyil, Mirvari.
Gözəl görünmə şansın var, gənc bir qız olduğunda kilolarından dolayı əziyyət çəkəcəksən.
Başınmı ağrıyır, ayağınmı sınmış, qolunmu çıxmış, qəlbinmi qırılmış- əslində kilo vermiş olsan bunlar heç biri olmayacaqdı.
Çox kilo vermisən, üzün çökmüş vəziyyətdədir, kim səni arıqlmağa məcbur edib, bunu sən etmiş ola bilməzsən.
Yenə çox kilo almısan, 5 kq daha versən mükəmməl görünəcəksən.
BLA BLA BLA BLA BLA BLA……………
Bu sözlərin bir çoxu sizə tanışdır, sadəcə fərqli adlarla səslənmiş ola bilər, ya siz tərəfdən, ya da sizə qarşı. Bu səfər dəyişiklik edək və bütün bunlara məruz qalan birinin bədənin içindən danışaq, yalnız xaricindən deyil. Məsələn, kilosu nə qədər aşağı olarsa olsun, insanların yanında yemək yeməkdən utanmasından, çünki hələ də bir əlin onun önündəki yeməyi çəkib almasından və ya qırıcı sözlər eşitməkdən qorxmasından.mÇox ləzzətli yemək və şirniyyat yeyirsiniz və əylənirsiniz, mədəniz toxluq hissini qavramağa başladıqdan sonra, artıq idarə etmə sizdən çıxır və tək istədiyiniz şey yediyiniz hər şeyi qusmaq və bir daha heçnə yeməmək olur. Sonraki günlər az-az yeyirsiniz, böyük zaman aralıqları qoyursunuz, bədəniniz şəkər krizləri yaşamağa başladıqda ya tapa bildiyiniz hər hansı bir şeyi yeyirsiniz, ya da heçnə yeməyərək, spazmlar, ürək getmələri yaşacaq həddə gəlirsiniz.
Mənim fikrimcə heç kim yemək yediyi üçün peşmanlıq hissi duymamalıdır. Uşaqlıq, yeniyetməlik dövrü boyunca durmadan kilolarınızı, yemək yemənizi lağa qoymaları sizin yalnışınız olmasa belə, hər yemək yediyinizdə peşmanlıq və iyrənmə hissi yaşamaq qaçınılmaz bir acı verir. Bəzən olur, bütün simptomlar səssiz-sədasız kənara çəkilir, toparlanmış, özgüvənli, ağrısız hiss edirsiniz. Hətda yediyiniz yeməklər və yemə aralıqlarınız sağlıqlı cədvələ girməyə başlayır, taki biri gəlib arıqladığınız üçün necə gözəl göründüyünüzü və ya sizin uzanarkən belə bir yerlərə dəyən və ağrıdan sümüklərinizdən birinə toxunaraq, bu “möhtəşəm uğrunuzla” bağlı təbriklərini dilə gətirənədək. Yalnız çox yediyinizi düşündüyünüz üçün yox, həmdə birindən, olan hadisələrdən iyrəndiyiniz üçün, fikirlərinizi, əsəbinizi qusa bilmədiyiniz zaman, durmadan yediyiniz, içdiyiniz hər şeydən iyrənməyə və qusma istəyini yaşamağa başlayırsınız.
Uşaq ikəndə çox maraqlıydı, birinin kilosundaki rəqəmlər artdıqca onu sevə bilmə gücümüzmü azalır? Kim bizə bir görünüşə bağlı ola biləcəyimizi, baxışa, bədənə, gülüşə aşiq olmalı olduğumuzu deyir? Bütün bunları niyə doğru kimi qəbul edir və illərdi çox özlədiyimiz birini gördüyümüzdə belə ilk xarici görkəminə fikir bildiririk? Özlədiyimiz şey, qarşıda duran insanın cismimiydi? Axı mən dostlarımla oyun oynamağı sevirdim, onların görnüşü mənə zərrə maraqlı gəlmirdi, oyuncaqlarımızı, əyləncəmizi bölüşürdük, yıxıldıqda yaralarımızı belə bölüşürdük. Mən anamın gözəlliyini təsvir etdiyimdə onun xarici görkəminə baxaraq danışmırdım, varlğının ən dərinlərini qavrayır, gözəlliyini hiss edirdim, bunun görməklə bir əlaqəsi yox idi. İndi bunların içində sıxışmaq yalnız bədənimə deyil, ruhumada çox ağrı verir. Mən sadəcə bir bədən deyiləm, sən də elə. Aynaya hər baxdığımda sahib olduğum bütün gözəllikləri qavrayacam. Səni hər gördüyümdə, özünə məxsus gözəlliyinə heyranlıq duyacam ❤.
Məni hər gün həyatda tutmaq üçün var gücü ilə çalışan, ona nə edərsəm edim, hətda qırıcı sözlər dediyimdə, nifrətimi bəlli etdiyimdə, özümü yeməkdən uzaqda tutduğumda, aclığa buraxdığımda, dərmanlarımı vaxtında qəbul etmədiyimdə belə, bu həyatın bir parşası olmağıma yardım edən bir bədənə sahibəm. Bunu çox incinmiş, travmalarla dolu olan başqa bədənlərdən çıxan fikirlərə görə yox saymayacam. Bütün bunları və daha çoxunu yaşamış ola bilərsən. Bəlkə də birinin bunları yaşamasına səbəb olmuşda ola bilərsən. Əmin ol, yalnışından geri dönmək, nə etdiyinin fərqinə varmaq, yardım etmək, sevgi göstərmək və birinin sərhədlərinə hörmətlə yanaşmaq bir çox şeyin düzəlməsinə, daha yaxşı hala gəlməsinə yardım edəcəkdir. Görnüşlərimizi itirəcəyik, birini xatırladığımız tək şey onunla son dəfə hansı duyğuları bölüşdüyümüz olacaq. Mən görünüşlərimizi deyil, səslərimizi, sözlərimizi, duyğularımızı gözəl bölüşməyi istəyirəm, bizdən geriyə sonsuzluğu təşkil edəcək olanları.