yaşamın tərkibində "var" ola bilmək.
yaşamın tərkibində "var" ola bilmək.
Hər birimiz yaşamın tərkibində fərqli-fərqli yollarla var olmağa çalışırıq. Yaşama ilk toxunduğumuz andan etibarən var olmaq üzərinə verdiyimiz savaşın sancılarını çəkirik. Bu gün haqqında danışmaq istədiyim şey bir və ya bir neçə psixolojik problem ilə yaşamaqdır. Həyatda olmaq sizin üçün nə ifadə edir? Nəfəs alıb-verə bilmək, insanların minnət duyduğu biri olmaq, biriləri üçün ümid işığı olmaq, dünyanın ən gözəl, bacarıqlı insanını sevmək, sevgi dolu ailəyə sahib olmaq, uğruna yaşayacağın bir məqsədinin olması? Bəs sizcə obsessiv biri üçün var olmaq nə mənaya gəlir, ya da borderline biri üçün , həmçinin bipolyar, şizofren, sosial fobiyalı, depresyon diaqnozu qoyulmuş və ya hələ nəyə sahib olduğunu anlamadan, bütün bunların içində dönüb-durduğunu düşünən biri.
Bir duruma sahib olduğunuzda və bunun fərqinə varmağa və ya tamlıqla diaqnozu aldıqda, həyat əvvəlkindən daha fərqli irəliləməyə başlayır. Bizə göstərilənlərin əksinə, obsessiyalara sahib olduğunuzda yalnız bəzi tiklərə və ya aşırı təmizlik düşüncələrinə sahib olmursunuz. Hər səhər oyandığınızda, qidalandığınızda, dərsinizi dinlərkən, işinizi görərəkən, əylənərkən və qorxarkən, hər bir anınızda, siz və mənliyiniz arasında duran nəhəng bir bədheybət olur. Durmadan danışır, gülür, əlinizdən sizin idarə etmənizi alır, cəsarətinizi, diləklərinizi, həyat enerjinizi. Sizi bəlirli şeylərə bağlı hala gətirir, təmizliyə, hər hansı bir əşyaya və ya insana, bəzən qorxulara, bəzən sizi həm fiziki, həm psixolojik olaraq çox incitsə belə bəlirli bir hərəkətə, xəstəliyə, ağrıya, içtən-içə sizi öldürən hər şeyə. Eyni ilə həyatınızda hər şeyin yaxşıya getdiyini düşündüyünüz manic (maniakal) dövrünüzün bitməsi ilə bəlirsiz zaman aralığında depressiv dönəmə daxil olmağınız kimi. Bunlardan hər hansı birinə və ya bir neçəsinə sahib olduğunuzda, bunlara sahib digər insanlarla eyni xüsusiyyətləri göstərməmə ehtimalınız vardır. Bəziləri üçün daha rahat keçən bu dönəmlər sizdə tam tərsi olaraq ağırlaşa bilir, həmçinin bunun tamamilə əksidə mümkündür.
Lakin nələrə sahib olmağınızdan aslı olmayaraq, qəlbən istənilən tək bir şey olur, anlayışla verilən qayğı. Şüurumuzda özünə məskən salan bədheybətlə , hər gün bizi lağa qoyan gözlərlə, idarə etməmizi əlinə alan paranoyalarla savaşarkən analamağa və anlaşılmağa ehtiyac duyuruq. Bütün bunlara sahib olduğun üçün nə yalnız, nə də yalnış deyilsən. Bu səbəblə hər nə olursa olsun, hər nəyə sahib olursansa ol, burda olduğun üçün minnətdaram. Burda olmağa davam et, bölüşməli və anlamalı olduğumuz çox şey var.